Polis valiydenlərindən vətəndaşlara təsirli müraciət - VİDEO


14:42     24 Oktyabr 2019 19_10_24_1571913814.jpg


Sosial şəbəkələrdə bir neçə polis valideyninin video müraciəti yayılıb.


Femida.az-ın məlumatına görə, öz doğma torpaqlarından məcburi köçkün düşmüş polis valideynləri asayiş keşikçilərinin Vətənə ləyaqətlə xidmət etdiyini deyiblər.

1990-ci illərdəki vəziyyəti xatırladan məcburi köçkünlər, o zaman insanların ölkə ərazisində rahat şəkildə gəzə bilmədiyini söyləyib, indiki əmin-amanlığın polis əməkdaşları sayəsində qorunduğunu diqqətə çatdırıblar.

"Vətən üçün layiqli övladlar böyütmüşük. Azərbaycanın keşiyində duran polislərimiz Qarabağın işğaldan azad olunması üçün canlarından keçməyə hazırdılar" - deyə məcburi köçkünlər vətəndaşları Azərbaycan polisinə sayğı ilə yanaşmağa çağırıblar.



Femida.az

Açar sözlər: #video   #polis  

Oxunub: 938