Azərbaycanda bank işçilərinin sayı artıb


14:45     24 Oktyabr 2019 19_10_24_1571913974.jpg


Sentyabr ayında məcmu kapitalın adekvatlıq əmsalı 22.6% (minimum normativi 2.3 dəfə üstələyir) təşkil edib.


Maliyyə Bazarlarına Nəzarət Palatasından Femida.az-a verilən məlumata görə, sektor ani likvidlik əmsalı üzrə minimum tələbi 1.9 dəfə üstələyir (57.8%). Bank sektoru üzrə ROA və ROE göstəriciləri müvafiq olaraq 2.3% və 16.9% təşkil edir.

Fəaliyyət göstərən 30 bankdan 14-ü xarici kapitallıdır, bunlardan 7-də xarici kapitalın payı 100% təşkil edir. 30 bankın filiallarının sayı 515, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,592 olub. Bank sektorunun işçi heyətinin sayında artım sentyabr ayında da davam edib. Belə ki, 2019-cu ilin 9 ayı ərzində işçi sayı 8.6% (1496 nəfər) artaraq 18,911 nəfər təşkil edib.

Femida.az

Açar sözlər: #bank  

Oxunub: 350