Quba sakini avtomobili ilə naməlum kişini vurub


15:33     24 Oktyabr 2019 1421909622_bakida-kishi-meyiti-tapilib-cenubnews.jpg

Xızıda ölümlə nəticələn yol qəzası baş verib.


Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 23-də saat 22 radələrində Xızı rayonunun Sitalçay kəndi ərazisində Quba rayon sakini Şöhrət Novruzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 365