Binəqədidə ağır qəza, sürücü öldü


17:13     24 Oktyabr 2019 19_10_24_1571919241.jpg

Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, qəza oktyabrın 23-də saat 15 radələrində qeydə alınıb.

Qəbələ rayon sakini R.Əzizovun idarə etdiyi “DAF” (yük) və Bakı şəhər sakini Əlicəfər Əkbərovun idarə etdiyi “Saipa” markalı avtomobillər toqquşub. Nəticədə Ə.Əkbərov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 543