“WhatsApp”da daha dörd yenilik


19:14     24 Oktyabr 2019 whatsapp_190714.jpg

“WhatsApp” sosial şəbəkəsi Android və IOS əməliyyat sisteminə gələn yenilənmələri ilə dörd yeni funksiyasına qovuşacaq.


Femida.az xəbər verir ki, bunlardan biri platformanın, həmçinin bildirişlərinin tünd rəngə keçməsidir.

Digər yenilik isə mesajlarını səssiz rejimə qoyduğunuz şəxslərin artıq statuslarının da sizə görünməməsidir.

Bundan başqa, istifadəçilər öz-özünə silinən mesajlar yaza biləcək.

Həmçinin, bundan sonra “WhatsApp” açılarkən ekrana onun loqosu gələcək.

Femida.az

Açar sözlər:

Oxunub: 631