“Avropa İttifaqının sonu bu üzdən olacaq” - Ərdoğan


21:49     24 Oktyabr 2019 erdogan.jpg

“Avropa İttifaqı “Sülh çeşməsi hərəkatı” ilə bağlı ikili standartlara yol verir. Əməliyyatları kürdlərə qarşı başladılmış hərəkat kimi qələmə verirlər. Ancaq bizim hədəfimiz kürdlər yox, terrorçulardır”.

Femida.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu sözləri president Rəcəb Tayyib Ərdoğan deyib:

“Avropa İttifaqının sonu da bu ikili standartlar üzündən olacaq. Biz bölgədə kürd qardaşlarımızla birgə addım atdıq.Afrini terrorçulardan təmizlədiyimiz gündən bəri Fəratın şərqində də terrorizmə icazə verəcəyimizi min dəfə dedik. Böyük dövlətlərin liderləri terrorçuların başçıları ilə eyni masa arxasında outrun problem həll etməyə çalışır. Bunlara niyə üz verib, nazı ilə oynayırsınız? Verilən sözlər yerinə yetirilsə, planlarımızı öz imkanlarımız daxilində yerinə yetirəcəyimizə söz vermişik”.

Femida.az

Açar sözlər:

Oxunub: 545