Daha üç ölkənin prezidenti Bakıya gəlib


09:12     25 Oktyabr 2019 2019/10/5fd153e2-b0a3-40a3-9d6f-af76c716dabc_1571977493.jpg

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Femida.az xəbər verir ki, Prezident Arif Alvini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Ekvatorial Qvineya və Sudan prezidentləri də ötən gecə Bakıya gəlib. Onlar Qoşulmama Hərəkatının Sammitində iştirak edəcəklər.

Femida.az

Femida.az

Açar sözlər:

Oxunub: 402