Bakıda yük və minik avtomobilləri toqquşub - FOTO


09:02     25 Oktyabr 2019 19_10_25_1571979795.jpg

Binəqədi rayonunda 2 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.


APA xəbər verir ki, qəza Şövkət Məmmədova küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili dönmə əməliyyatı etmək istəyərkən Mətləb Ağakişiyevin idarə etdiyi "Ford" markalı yük avtomobili ona çırpılıb.


Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Əraziyə Binəqədi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 361