Kişi bacısı ilə birləşib keçmiş arvadını döyüb


09:20     25 Oktyabr 2019 19_10_25_1571980831.jpg

Şəmkirdə bir qadının iki nəfər tərəfindən döyülmə faktı qeydə alınıb.

Femida.az -ın məlumtına görə, hadisə rayonun Alabaşlı kəndində baş verib.

Belə ki, kənd sakini 1966-cı il təvəllüdlü Bürcəliyeva Gülnarə Binnət qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Qadının sözlərinə görə o, boşanan əri və onun bacısı tərəfindən döyülüb. Qadının deməsinə görə bacısın onun boşandığı ərində gözü olub. Elə hadisədə tərəflər arasında bu səbəbdən baş verib.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.(Apa)

Açar sözlər:

Oxunub: 453