Bakı metrosu gücləndirilmiş rejimə keçdi - SƏBƏB?


10:09     25 Oktyabr 2019 trend_metro_train_080615_003.jpg

Qoşulmama Hərəkatının Bakıda keçirilən 18-ci Zirvə Görüşü ilə əlaqədar əhalinin ictimai nəqliyyatdan sıx istifadəsini nəzərə alaraq Bakı Metropoliteni əlavə tədbirlər planı hazırlayıb.

Femida.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qoşulmama Hərəkatının 18-ci Zirvə Görüşünün Bakıda keçirilməsi ilə bağlı paytaxt küçələrində tədbir saatlarında bəzi ərazilərdə yollarda hərəkətin məhdudlaşdırılması nəticəsində sıxlığın aradan qaldırılması üçün metro stansiyaları gücləndirilmiş iş rejiminə keçib.

Femida.az

Açar sözlər:

Oxunub: 563