2500-dək yalnış əlillik təyinatı ləğv olunub


10:13     25 Oktyabr 2019 2019/10/sahil-babayev1_1571984650.jpg

Aparılan araşdırmalar nəticəsində 2500-dək yalnış əlillik təyinatı aşkar edilərək ləğv olunub və bu istiqamətdə araşdırmalar davam edəcək.


Femida.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib. O, qeyri-rəsmi məşğulluğun qarşısının alınması tədbirlərindən bəhs edib, bu il əmək müqavilələrinin sayında artıq 138 min artımın olduğunu, əmək münasibətlərinin leqal müstəvidə qurulması ilə bağlı ciddi monitorinqin vacibliyini diqqətə çatdırıb.
Nazir bildirib ki, dövlət başçısının müvafiq Sərəncamı ilə cari il sentyabrın 1-dən ölkəmizdə minimum əməkhaqqı məbləği 250 manata çatdırılıb və heç bir müəssisədə işçilərə 250 manatdan aşağı məbləğdə əməkhaqqı verilə bilməz. Ona görə bu sahəyə ciddi nəzarət edilməlidir.

Aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini deyən S.Babayev bildirib ki, bu ilin 9 ayında 62 minə yaxın şəxs məşğulluq orqanları tərəfindən işlə təmin edilib. Bununla belə, bağlanan əmək müqavilələrinin sayında məşğulluq orqanları tərəfindən işlə təmin edilənlərin payının artırılması üçün səylər gücləndirilməlidir.

Özünüməşğulluq proqramı çərçivəsində bu il artıq 3500-dən çox şəxsə kiçik ailə təsərrütaflarını qurmaları üçün aktivlər verildiyini qeyd edən nazir proqramın icrasında həssas qrupların iştirak səviyyəsinin daha da artırılmalı olduğunu bildirib. “İşsizin DOSTu” proqramının bu il 38 min şəxsin ödənişli ictimai işlərlə təminatına imkan verdiyini, həmin işçi qüvvəsinin eyni zamanda, əmək bazarında rəqabət qabiliyyətli peşə bacarıqlarına yiyələnmələri üçün də məqsədyönlü işlərin aparılmasının, bununla bağlı proqramın hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

Femida.az

Açar sözlər:

Oxunub: 188


Oxşar xəbərlər