Maşını ilə birgə itkin düşdü


10:45     25 Oktyabr 2019 surucu%20sukan.jpg

Bakıda 35 yaşlı kişi avtomobili ilə birgə itkin düşüb.


Femida.az-ın xəbərinə görə, hadisə oktyabrın 23-də Yasamal rayonu ərazisində baş verib.

Belə ki, Suraxanı rayon sakini, 1984-cü il təvəllüdlü Elməddin Novruzov H.Zərdabi küçəsi 92-nin qarşısında idarə etdiyi “Hyundai Santafe” markalı, 90-RK-034 dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli avtomaşınla naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 493