Əli Kərimlinin sürücüsünün istintaqa ifadəsi məlum olub (VİDEO)


11:10     25 Oktyabr 2019 19_10_25_1571987005.jpg

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nizami rayon Təşkilatının sədri, həmçinin partiya sədrinin sürücüsü olmuş Paşa Umudov istintaqda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu etiraf edib.


Hüquq-mühafizə orqanlarından Femida.az-a verilən məlumata görə, Paşa Umudov 2013-cü ildə AXCP üzv olduğunu deyib: “2014-cü ildə partiyanın Nizami rayon təşkilatının sədri, həmin ilin sonlarına AXCP sədri Əli Kərimlinin sürücüsü işləmişəm. Təxminən 5 ildir, marixuana istifadəçisiyəm, 15 oktyabrda yaşadığım əraziyə yaxın bir yerdə polis əməkdaşları məni saxlayıb. Üstümə baxış keçirilən zaman video çəkilib, vəkilin iştirakı ilə. Üstümdən 3 büküm qurudulmuş marixuana çıxdı”.



İş üzrə saxlanılan Heydərov Bayram Müseyib oğlu bildirib ki, 2-3 ildir marixuana qəbul edir. O, bir neçə dəfə 10 manatdan Paşa Umudovdan narkotik aldığı deyib. Quliyev Rauf Akif oğlu isə 2 ildir marixuana çəkdiyini bildirib. O, qeyd edib ki, Xətai rayonunda Paşa Umudov 4-5 ay əvvəl 1-2 dəfə yanına marixuana gətirib, bir yerdə çəkiblər. Məmmədov Mais Söhrəb oğlu hazırda köhnə Günəşli qəsəbəsində yaşadığını deyib. Saxlanılan şəxs deyib ki, narkotiki Paşa Umudovdan alıb, istifadə edib.

Açar sözlər:

Oxunub: 1056