Bakıda daha bir qətl: Keçmiş məhkum tutuldu


11:23     25 Oktyabr 2019

Bakıda kişini bıçaqlayaraq öldürən şəxs tutulub.


Femida.az -ın məlumatına görə, dünən Yasamal rayonunda 1987-ci il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş E.Səfərov saxlanılıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 308