Masallıda istirahət mərkəzində əməliyyat keçirilib, saxlanılanlar var


11:55     25 Oktyabr 2019 19_10_25_1571989074.jpg

Masallıda istirahət mərkəzində əməliyyat keçirilib.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini A.Ağazadənin idarə etdiyi “VAZ-2107” markalı avtomobildən ona və sərnişini olan Ərkivan qəsəbə sakini Ə.Abdinova məxsus 173 qramdan artıq metamfetmin, 60 qramdan artıq heroin və 417 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Ə.Abdinovun işlədiyi istirahət mərkəzindən 2 qramdan artıq marixuana və 12 qramdan artıq çətənə toxumu, habelə orada istirahət edən Ərkivan qəsəbə sakini, əvvəllər məhkum olunmuş H.Orucovdan 286 qrama yaxın marixuana, 3 qramdan artıq metamfetamin, 7 qrama yaxın preqabalin və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Nağıyevdən isə 3 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 477