Şirvanda sürücü sükan arxasında ölüb


12:08     25 Oktyabr 2019 surucu04.jpg



Şirvan şəhərində sürücü sükan arxasında ölüb.

Femida.az xəbər verir ki, sürücü Sabirabad rayonunun Qaragüney kənd sakini, 1961-ci il təvəllüdlü Əliyev Alik Əjdər oğlu “VAZ-2106” markalı avtomobillə şəhərin mərkəzi prospektində hərəkətdə olan zaman idarəetməni itirib. O yolun kənarındakı səkiyə dəyərək dayanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Hadisə yerinə gələn həkimlər hələlik şəxsiyyəti məlum olmayan sürcünün öldüyünü bildiriblər.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə Tibbi Ekspertizasının Şirvan şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 400