Moskvada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb
12:24 25 Oktyabr 2019
Bu gün Moskvada MDB Hökumət Başçıları Şurasının iclası işə başlayıb.
Femida.az-ın Rusiya bürosunun məlumatına görə, iclasda Azərbaycan nümayəndə heyətinə Baş Nazir Əli Əsədov başçılıq edir.
İclasda MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə qarşılıqlı fəaliyyətlə bağlı 20-yə yaxın aktual məsələni müzakirə edəcəklər. İclas iştirakçıları əvvəlcə məhdud tərkibdə, sonra isə geniş tərkibdə görüşəcəklər. İclasın sonunda qəbul edilən sənədlərin imzalama mərasimi keçiriləcək.
Görüşün gündəliyinə cəmiyyətin rəqəmsal inkişafı sahəsində əməkdaşlıq konsepsiyası və onun həyata keçirilməsinə dair əsas tədbirlər planını, MDB ölkələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi, anti-inhisar orqanlarının fəaliyyətinin əsas istiqamətləri, 2019-2024-cü illərdə radionaviqasiyanın inkişafı, 1979-1989-cu illər Əfqanıstan müharibəsində itkin düşmüş hərbçilərin axtarışı, quş qriplərinin profilaktikasına dair birgə tədbirlər, MDB ölkələrinin İdman Oyunlarının təsis edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və bir çox digər məsələlər daxil edilib.
Femida.az
Oxunub: 426
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının iclasında iştirak edib
- Nazir: “Azərbaycan minimum pensiyanın nominal indeksinə görə MDB-də 1-ci yerdədir”
- Azərbaycan III MDB Oyunlarına ev sahibliyi edəcək
- "Azərbaycan Prezidenti iki mühüm bəyanat verdi"- Erməni politoloq
- Prezident MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB
- MDB-nin xüsusi xidmət orqanları "Taliban"ın hərəkətlərin izləyir
- Putin MDB-nin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək
- MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib
- MDB Oyunları: Azərbaycan 60 medalla 4-cü yeri tutub
- Birinci MDB Oyunlarında 35-ci medalı qazandıq