“ABADla dad” adlı tədbir keçirildi - Fotolar


12:31     25 Oktyabr 2019 2019/10/5_1572004348.jpeg

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) və Expressbank-ın dəstəyi ilə 25 oktyabr tarixində media nümayəndələri üçün ABADçıların məhsullarından ibarət “ABADla dad” adlı səhər yeməyi təşkil edib.

Femida.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd kiçik ailə təsərrüfatları - ABADçıların istehsal etdiyi qida məhsulları ilə daha yaxından tanış olmaqdır.

Tədbir çərçivəsində ABADçı Rəhimovlar ailəsinin “Kəndli” kolbasası, Ağasiyevlər ailəsinin “Doktorskaya” kolbasası, Ələsgərovlar ailəsinin “Bəh-bəh” sosisləri, Şükürovlar ailəsinin “Şərəfə” pendiri, Haciyevlər ailəsinin “Hənifə” pendiri, Niftəliyevlər ailəsinin “Bharat” pendiri, Axundzadələr ailəsinin qara çayı, “ABAD”ın müxtəlif cemləri, mürəbbələri, və s. məhsulları səhər yeməyində istifadə olunub.

ABADçıların iştirakı ilə mətbuat nümayəndələrinə qida məhsullarının hazırlanma şəraiti, onların təbiiliyi və faydası haqqında ətraflı məlumat verilib. ABADçı məhsulların ibarət dequstasiya masaları müxtəlif auditoriyalar üçün silsiləvi şəkildə keçiriləcək.
Qeyd edək ki, hazırda “ABAD” sıralarına 402 ailə daxildir. Onlardan 71 ABADçı ailəsi qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərir.

Femida.az

Açar sözlər: #ABAD  

Oxunub: 996