Azərbaycanda rekorda sayda ağac əkiləcək
12:54 25 Oktyabr 2019
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabrın sonunda bir gündə 650 min ağacın əkilməsi ilə Azərbaycanda yeni bir rekorda imza atılacaq.
Femida.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.
O bildirib ki, xeyirxah və nəcib təşəbbüs çərçivəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək.
Onun sözlərinə görə ölkənin bütün bölgələrində bu tədbirə ciddi hazırlıq işləri gedir: "Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib.
Bu nəcib təşəbbüsə qoşulmaqla həm böyük şairin ruhuna öz ehtiramımızı bildirəcək, həm də bir gündə 650 min ağac əkməklə ətraf mühitin sağlamlaşdırılmasında örnək bir addım atmış olacağıq. Hər kəsi bu möhtəşəm aksiyaya qoşularaq ağac əkməyə və əkilən ağaclara vaxtaşırı qulluq etməyə çağırırıq. Əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir".
Femida.az
Oxunub: 476
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- İsmayıllı və Tovuzda qanunsuz ağac kəsilməsi aşkarlanıb
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Binəqədidə ağacı zədələyən şəxs cəzalandırılıb
- Küləkli hava şəraiti həftə sonunadək davam edəcək, arabir yağış yağacaq
- Zaqatalada 40 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlanılıb
- Sabah Bakıda külək olacaq, rayonlarda yağış yağacaq
- İmişli, Zaqatala və Yardımlıda ağacların qanunsuz kəsilməsinə görə cinayət işi açılıb
- Bakıda külək əsəcək, rayonlara yağış yağacaq