Azərbaycanda 15 yaşlı oğlanın öldüyü dəhşətli qəzanın VİDEOsu


13:06     25 Oktyabr 2019 19_10_25_1571994491.jpg


Hacıqabulda baş verən avtoqəzada 15 yaşlı oğlan ölüb.


Femida.az APA TV-yə istinadla xəbər verir ki, hadisə Pirsaat kəndi ərazisində qeydə alınıb.

Sürətlə hərəkətdə olan Bakı sakini, 1994-cü il təvəllüdlü İlkin Elşən oğlu Əliyevin idarə etdiyi "Toyota Camry" markalı 90 UU 111 dövlət nömrə nişanlı avtomobil idaretmədən çıxıb və təxminən 50 metrlik ayırıcı dəmir səddləri qıraraq aşıb.

Nəticədə avtomobildə olan sərnişin - Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Qasımov Kamran İlham oğlu ölüb, sürücü yüngül xəsarət alıb. Ölən gəncin meyiti Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: #qəza  

Oxunub: 1413