Kafedə qadını öldürən şəxsin istintaqı başa çatıb


14:08     25 Oktyabr 2019 1398947325_mehkeme3.jpg

Ağdamda kafedə qadını öldürməkdə təqsirli bilinən Ayaz Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il rayonun Əhmədağalı kəndində yerləşən "Balıqçılıq" kafesində qeydə alınıb.

Kişi qadının başına, bədəninə çox saylı bıçaq zərbələri endirərək qətlə yetirib.
Öldürülən qadının rayonun Yuxarı Yüzbaşılı kənd sakini, 1964-cü il təvəllüdlü Vəliyeva Təzəgül Sadıq qızı olduğu məlum olub. O həmyerlisi Evoğlu kənd sakini 1969-cu il təvəllüdlü Quliyev Ayaz Kərim oğlu tərəfindən bıçaqlanıb.

Təzəgül Vəliyeva Ağdam Mərkəzi Rayon Xəstəxanasına, daha sonra Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

A. Quliyev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 543