Rusiyada əsgər atəş açıb - 8 nəfər ölüb


16:37     25 Oktyabr 2019 2019/10/ea462538-2b20-474d-94bf-0558ce601191_1572007370.jpg


Rusiyanın Zabaykal diyarında hərbi hissələrdən birində əsgərin atəşi nəticəsində 8 nəfər ölüb, 2 nəfər yaralanıb.


Bu barədə Rusiya Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oktyabrın 25-də qaravul növbəsi dəyişdirilən zaman hərbçi öz yoldaşlarına atəş açıb.

Atəş açan əsgər saxlanılıb. Yaralılara tibbi yardım göstərilib.

Hadisənin səbəbi araşdırılır. / Report

Femida.az

Açar sözlər: #Rusiya  

Oxunub: 529