Gənclər və İdman Nazirliyinin rəsmisi Avropa Şurasında rəhbər vəzifəyə seçilib


16:48     25 Oktyabr 2019 2019/10/1ad01346-3b4a-40b3-8d0d-8646f5034bf6_1572007767.jpg


Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafar-zadə Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri seçilib.


Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın Femida.az-a verdiyi məlumata görə, səsvermə Fransanın Strasbur şəhərindəki 51-ci Monitorinq Qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində gerçəkləşib.

Avropa Şurasının Anti Dopinq Konvesiyasinin üzv dövlətlərin Konvesiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin Monitorig Komitəsinə təqdimatı, Konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi M.Qafar-zadənin əsas iş istiqamətlərindən olacaq. O, daha əvvəl 8 il ərzində Avropa Şurasında Beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Avropa Şurasının Anti Dopinq konvensiyasına 52 ölkə qoşulub.

Femida.az

Açar sözlər:

Oxunub: 164