Bakıda bank kartından pul oğurlayan şəxsin məhkəməsi başlayır


18:30     25 Oktyabr 2019 1398947325_mehkeme.jpg

Bakıda bank kartından pul oğurlayan Taleh Xankişizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Femida.az -ın xəbərinə görə, cinayət işi baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib. Hakim İslam Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, bu ilin yanvar ayında N.Səmədovun bank kartından 394 manat çıxararaq oğurlamaqda şübhəli bilinən Taleh Xankişizadə saxlanılıb.

Əməliyyatı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsinin əməkdaşları keçirib.

T.Xankişizadəyə Cinayət Məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq) maddəsi ilə ittiham verilib.

Açar sözlər:

Oxunub: 434