Azərbaycanda BOKT-ların aktivləri 314 milyon manatı keçib


18:50     25 Oktyabr 2019 2019/10/aa72a770-e70b-411d-8bef-755ca71f7d6c_1572009552.jpg

Bu il oktyabrın 1-nə Azərbaycandakı bank olmayan kredit təşkilatlarının (BOKT) aktivləri 314,4 milyon manat təşkil edib.

Femida.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 17% çoxdur.

BOKT-ların aktivlərinin 255 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 9 ayda bu rəqəm 17,4% artıb.

Hesabat dövründə BOKT-ların öhdəlikləri 5% artaraq 188,6 milyon manat, o cümlədən banklardan və digər maliyyə institutlarından cəlb etdikləri vəsaitlər 3,5% azalaraq 88,4 milyon manat, balans kapitalı isə 42,5% artara 125,8 milyon manat olub.

Açar sözlər:

Oxunub: 558