Rusiyada 8 əsgər yoldaşını öldürən hərbçi tutulub


17:50     25 Oktyabr 2019 19_10_25_1572009619.jpg

Rusiyada hərbi hissədə xidmət yoldaşlarını güllələyən şəxs tutulub.

Femida.az -ın məlumatına görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir ki, 8 nəfərin həlak olması ilə nəticələnən insidenti törədən hərbçi saxlanılıb, atışma nəticəsində yaralanan şəxslər isə hospitala yerləşdirilib. Yaralılara lazmı tibbi yardım göstərilib, həyatlarına təhlükə yoxdur.

Qeyd edək ki, Rusiyanın Zabaykalye diyarında hərbi hissələrdən birində əsgər hərbçi yoldaşlarına xidməti silahından atəş açıb, nəticədə 8 nəfər həlak olub, iki nəfər yaralanıb.

Açar sözlər:

Oxunub: 479