Mingəçevirdə Zaqatala sakinini bıçaqlayan şəxs saxlanılıb


09:36     26 Oktyabr 2019 19_10_26_1572068219.jpg

Mingəçevirdə Zaqatala sakinini bıçaqlayan şəxs saxlanılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, şəhər polis əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Yevlax rayon sakini, 26 yaşlı Vüqar Bəhlulzadə tutulub.

Qeyd edək ki, Vüqar Bəhlulzadə oktyabrınn 24-də qısqnclıq zəminində Zaqatala rayon sakini, 1992-ci il təvəllüdlü Afər Yavər oğlu Xanməmmədovu bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 490