Daşkəsəndə DƏHŞƏT - Qadın bıçağı sobada qızdırıb azyaşlı övladlarına dağ basdı


10:01     26 Oktyabr 2019 19_10_26_1572069741.jpg

Daşkəsəndə qadın öz övladlarına xəsarət yetirib.

APA-nın məlumatına görə, rayon sakini Saday Əlirzayev Daşkəsən rayon Polis Şöbəsinə müraciət edərək qızı Elmira Pavlovanın azyaşlı övladları - 2010-cu il təvəllüdlü Hüseyn və 2012-ci il təvəllüdlü Əmirxanı döydüyünü bildirib.

Araşdırmalar zamanı Elmira Pavlovanın azyaşlı övladlarına qaz sobasında qızdırılmış bıçaqla xəsarətlər yetirdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.



Açar sözlər:

Oxunub: 1117