Əvvəl arvadını sonra özünü bıçaqladı


10:05     26 Oktyabr 2019 bicaq.jpg

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Femida.az xəbər verir ki, hadisə Şövqi Abdullayev küçəsində qeydə alınıb.

Belə ki, ər həyat yoldaşı, 1983-cü il təvəllüdlü Tanrıverdiyeva Mənzərə Rövşən qızına bıçaqla xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxs daha sonra özünə də xəsarət yetirib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 498