Qohumu ilə mübahisə edən Tovuz sakini havaya atəş açıb


14:33     26 Oktyabr 2019 19_10_26_1572080988.jpg

Tovuzda həmkəndlilər arasında mübahisə baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, oktyabrın 25-də saat 17.00 radələrində Tovuz rayonunun Hacallı kəndi ərazisində kənd sakini N.Abdıyevin həmkəndlisi olan qohumu H.Qasımovla aralarında yaranmış münaqişə zəminində üzərində olan “Makarov” markalı tapançadan havaya 3 dəfə atəş açıb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə N.Abdıyev saxlanılıb, ondan cinayətdə istifadə etdiyi nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı, 2 ədəd patron götürülüb.


Faktla əlaqədar cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 525