Rusiyada iki avtomobilin toqquşması nəticəsində səkkiz nəfər ölüb


15:50     26 Oktyabr 2019 19_10_26_1572086207.jpg

Rusiyada dəhşətli yol qəzası baş verib.

RİA NoFemida.az vosti agentliyinə istinadən verdiyi məlumata görə, Altay diyarında "Fiat Ducato" markalı mikroavtobusla "Nissan" markalı avtomobilin toqquşması nəticəsində səkkiz nəfər ölüb, ölənlərdən biri uşaqdır.

İki nəqliyyat vasitəsində ümumilikdə 15 nəfər olub.

Məlum olub ki, mikroavtobus "Sudaruşki" folklor qrupunun üzlərini festivala aparırmış. Folklor qrupunun çalışdığı Mədəniyyət evindən bildirilib ki, kollektivin ən azı iki üzvü qəzanın qurbanı olub.

İstintaq komitəsi hadisənin başvermə şəraitini və səbəblərini araşdırır.

Qəzanın günahkarı və təfərrüatlar hələlik bəlli deyil.

Açar sözlər:

Oxunub: 519