Vəkillər Kollegiyasının sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşdü


18:50     26 Oktyabr 2019 19_10_26_1572098395.jpg

26 oktyabr 2019-cu il tarixində “GəncLİK” (Gənc Liderlərin İnkişafı Konsepsiyası) proqramının iştirakçıları Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri Anar Bağırovla görüşüblər.


Femida.az xəbər verir ki, görüş zamanı Vəkillər Kollegiyasının sədri son 2 il ərzində Azərbaycan vəkilliyində aparılan islahatlar, həmin islahatların reallığa qovuşmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmuş 22.02.2018-ci il tarixli vəkilliyin inkişafı haqqında Sərəncamın əhəmiyyəti və aidiyyati digər dövləti əhəmiyyətli sənədlər, ölkə üzrə vəkillərin sayının artım dinamikası, habelə bu artımda gənc hüquqşünasların payı, insan hüquqlarının peşəkar və səmərəli müdafiəsində vəkilliyin müstəsna rolu barədə fikirlərini bölüşmüş, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Növbəti 3 ay ərzində gənc liderlərə proqram çərçivəsində müxtəlif mövzularda təlimlər keçiriləcək və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri baş tutacaq.





Femida.az

Açar sözlər: #vəkillər   #kollegiyası   #gənclik  

Oxunub: 916