Oğru narkotiklə tutuldu


17:30     26 Oktyabr 2019 velosiped.jpg

Daxili işlər orqanlarının əməkdaşları oğurluqla məşğul olan şəxslərin tutulması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsinin əməkdaşları iki evdən velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.İsmayılovu yaxalayıblar. Şəxsi axtarış zamanı onda heroin aşkarlanaraq götürülüb.

Hər üç faktla bağlı araşdırmalar aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 485