Başqa şəxsdən düşən pulqabını götürüb qaytarmayan şəxs saxlanıldı


19:22     26 Oktyabr 2019 2019/10/40b97907-3c97-4b51-bbb2-d5ce09e1965a_1572099192.jpg


Bakıda qadının pulqabını götürüb qaytarmayan şəxs saxlanılıb.


Belə ki, 1991-ci il təvəllüdlü N.Əliyevanın içərisində 1150 manat, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabı uşaq arabasından düşüb. Bu zaman orada olan naməlum şəxs həmin pulqabını götürərək ərazidən uzaqlaşıb.

Daha sonra N.Əliyeva "102" Xidməti-Zəng Mərkəzinə müraciət edib.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1968-ci il təvəllüdlü E.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 684