Keçmiş məhkum mağazadakı yardım qutusundan pul oğurladı


19:53     26 Oktyabr 2019 19_10_26_1572099294.jpg

Bakıda mağazadan pul oğurlanıb.


Hadisə oktyabrın 23-də paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib.

Belə ki, saat 12:30 radələrində R.Zeynallıya məxsus yaşadığı ünvanda yerləşən mağazada yardım üçün nəzərdə tutulan qutudan 500 manat pul oğurlanıb.

Daha sonra R.Zeynallı hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1977-ci il təvəllüdlü, keçmiş məhkum C.Novruzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 487