İraqda iki gün davam edən etirazlarda 63 nəfər ölüb


09:35     27 Oktyabr 2019 19_10_27_1572154403.jpg

Ötən cümə günündən başlayaraq son iki gündə paytaxt Bağdadda və İraqın digər əyalətlərində hökumət əleyhinə baş verən iğtişaşlarda ən azı 63 nəfər ölüb, 2600 nəfər yaralanıb.

Femida.az TASS-a istinadla xəbər verir ki, bu barədə İraq hökumətinin İnsan Hüquqları üzrə Ali Komissiyası məlumat yayıb.

Qeyd edək ki, oktyabrın 1-dən Bağdadda və ölkənin şiələrin üstünlük təşkil etdiyi mərkəzi və cənub bölgələrdə nümayişlər başlayıb. Yaşayış şəraitinin pisləşməsinə, işsizliyin artmasına, habelə hökumətdəki korrupsiyaya etiraz edən kütlə hökumət əleyhinə şüarlar səsləndirərək istefa tələb edirlər.

Açar sözlər:

Oxunub: 533