Salyanda maşın aşdı, ata öldü, oğul yaralandı


10:15     27 Oktyabr 2019 19_10_27_1572156158.jpg

Salyanda iki nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Qafqazinfo"nun məlumatına görə, hadisə Ələt-Astara yolunun Salyan rayonu Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon Aranlı kənd sakini, 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlu idarə etdiyi "VAZ-2107" markalı minik avtomobilini aşırdıb.


Nəticədə A.Fətullayev və oğlu 1996-cı il təvəllüdlü Fətullayev Əlı Ağamusa oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Səlyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, A.Fətullayevin vəziyyəti ağır olduğu üçün xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

****

Salyanda baş verən qəza zamanı xəstəxanaya yerləşdirilən 1954-cü il təvəllüdlü Fətullayev Ağamusa Ramazan oğlunun həyatını xilas etmək mümkün olmayıb. A.Fətullayev Salyan rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsində həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.

Açar sözlər:

Oxunub: 238