Kikboksçularımız dünya çempionatında 9 medal qazandı


11:12     27 Oktyabr 2019 19_10_27_1572158303.jpg

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kikboksinqin WAKO versiyası üzrə dünya çempionatında Azərbaycan komandası 9 medal qazanıb.
Femida.az xəbər verir ki, kikboksçularımızdan Eduard Məmmədov və Ramal Aslanov bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar.

Məhəmməd İmanov, Telman Məhərrəmov yalnız finalda uduzaraq gümüş medalla kifayətləniblər. Nurlan Məmmədov, Emil Hümbətov, Anar Məmmədov, Asəf Aslanov və Fuad Həşimi üçüncü pillədə qərarlaşıblar.

Açar sözlər:

Oxunub: 540


Oxşar xəbərlər