Rusiyada evdə yanğın olub, 3 uşaq ölüb


12:20     27 Oktyabr 2019 19_10_27_1572164125.jpg

Rusiyanın Ryazan vilayətində evdə yanğın olub, 3 uşaq ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Rusiya İstintaq Komitəsinin saytında məlumat yerləşdirilib.

Oktyabrın 27-də gecə Şilovsk rayonunun Sanovka kəndində yanğın baş verən evdə 2015 və 2019-cu il təvəllüdlü iki qız və onların 2018-ci il təvəllüdlü qardaşlarının cəsədi aşkarlanıb.


Ehtiyatsızlıqdan iki və daha artıq insanın ölümü maddəsi ilə cinayət işi açılıb.

Açar sözlər:

Oxunub: 162