Çili Prezidenti hökuməti istefaya göndərib
12:33 27 Oktyabr 2019
Çilidə kütləvi aksiyalar fonunda Prezident Sebastyan Pinera bütün nazirlərdən istefa verməyi xahiş edib.
Femida.az -ın “Alman dalğası”na istinadən verdiyi məlumata görə, Çili Prezidenti bildirib ki, yeni reallıq yaranıb.
S. Pinera vəziyyət imkan verərsə, fövqəladə vəziyyət rejimini də ləğv etmək niyyətində olduğunu açıqlayıb.
Latın Amerikasının ən stabil ölkələrindən sayılan Çilidə aksiyalar oktyabrın ortalarında başlayıb. Buna səbəb ictimai nəqliyyatda gediş haqlarının qaldırılması, iqtisadi durum və sosial problemlər olub. Aksiya sürətlə bütün ölkəni əhatə edib. Oktyabrın 25-də ölkənin bir neçə şəhərində milyondan çox insan aksiyalara qatılıb. Aksiyaçılar əməkhaqqı və pensiyaların qaldırılmasını, dərman vasitələrinin qiymətlərinin azaldılmasını, Konstitusiya islahatlarının keçirilməsini tələb ediblər. Sonradan bu tələblər sırasında dövlət başçısının istefası da yer alıb.
Qeyd edək ki, ilk günlər ayrı-ayrı aksiyalar zamanı yanğınlar törədilib, talançılıq hallarına rast gəlinib. Çili Prezidenti metroda gediş haqqının qaldırılması barədə qərarı ləğv etsə də, aksiyalar səngiməyib. Bir neçə gün sonra dövlət başçısı aksiyaçıların bir sıra tələblərinin əksini tapdığı tədbirlər paketini elan edib.
Aksiyalar zamanı ən azı 19 nəfər ölüb, 585 nəfər yaralanıb, 3 min nəfər həbs edilib. Paytaxt Santyaqo və digər şəhərlərdə fövqəladə vəziyyət rejimi elan olunub.
Oxunub: 771
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- AMEA-da təcili iclas keçirilir, PA rəsmisi də iştirak edir
- TƏCİLİ XƏBƏR! Tarif Şurasından benzin və dizelin qiyməti ilə bağlı QƏRAR
- Bayden və xanımı təhlükəsizliklə bağlı təcili başqa əraziyə təxliyə edilib
- Zaxarova: "Rusiya Ukraynadakı münaqişənin həllində vasitəçilik roluna görə Türkiyəyə minnətdardır"
- SON DƏQİQƏ! Ukraynadan təcili xəbər: Bu ərazilər...
- Bakıda dilənçilik edən saxta qazi saxlanılıb
- Polşa təcili olaraq Rusiya neftindən və qazından imtina etməyi tələb edir
- Türkiyədə sərnişin təyyarəsi təcili eniş edib
- Bakıda körpəsini həyətə tullayan şəxs barəsində 4 ay həbs qətimkan tədbiri seçilib