Ermənistanda məhbusa “Azərçay” paketlərində narkotik ötürmək istədi - Foto
12:55 27 Oktyabr 2019
Ermənistanın “Sevan” həbsxanasının məhkumlarından birinin həyat yoldaşı ona “Azərçay” paketlərində narkotik ötürməyə cəhd edib. Femida.az “Sputnik Ermənistan”a istinadən bildirir ki, bu barədə Ermənistan Cinayət İcra Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, oktyabrın 26-da səhər saat 04:40 radələrində “Sevan” cəzaçəkmə müəssisəsinin işçiləri gözətçi qüllələri arasında işıq şüaları görüblər. Növbətçi qrup dərhal ərazini yoxlayıb. Onlar qadağan olunmuş zonadan 3 metr aralıqda üzərinə 3 alışqan və fənərlər bağlanmış paket aşkarlayıb. Paketdə müxtəlif adda və növdə narkotik maddələr olub.
Həmin hadisədən bir gün əvvəl - oktyabrın 25-də isə həyat yoldaşı tərəfindən ömürlük məhkum edilmiş şəxslərdən birinə gətirilən bağlamada "Azərçay" paketləri aşkarlanıb. Onların içərisində 746 qram marixuana olub.
Elə həmin gün kameraların birində aparılan axtarış zamanı müəssisə əməkdaşları orada psixotrop preparatlar tapıb.
Tapılanların hamısı ekspertizaya göndərilib. Araşdırma aparılır.
Oxunub: 513
Oxşar xəbərlər
- Ermənistanda qətl, oğurluq, quldurluq, qarət artıb
- Ermənistanda daha bir xarici ölkə vətəndaşının meyiti aşkarlanıb
- Ermənistanda hərbçilər qəzaya düşüb, 1-i ölüb, 4-ü yaralanıb
- Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib
- Ermənistanda Rusiya üstündə atışma olub, 2 hərbçi ölüb, 5 nəfər yaralanıb
- Ermənistanda etirazlara görə 10 nəfər həbs edildi
- Ermənistanda 2 500 nəfərə yaxın müxalifətçi polis bölmələrində saxlanılır
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- Ermənistanda müxalif deputatlara cinayət işi açılıb
- Ermənistanda Rusiya vətəndaşının asılmış meyiti aşkarlanıb