İŞİD-in lideri öldürüldü


14:35     27 Oktyabr 2019 isiddd.jpg


İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat zamanı öldürülüb.


Femida.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, İŞİD liderinin öldürülməsi əməliyyatı Pentaqonun Xüsusi Əməliyyatlar üzrə Birgə Komandanlığı tərəfindən etibarlı məlumatlar toplandıqdan sonra həyata keçirilib.

Əməliyyatın nəticələri haqqında məlumatlandırılan ABŞ quru qoşunlarının nümayəndəsi "Newsweek" jurnalına bildirib ki, Əbubəkr əl-Bağdadi əməliyyat zamanı məhv edilir.

Femida.az

Açar sözlər: #İŞİD  

Oxunub: 796