Şagirdlərin elektron yerdəyişməsi üçün lazım olan - SƏNƏDLƏR


16:37     27 Oktyabr 2019 2019/10/15611039681852739_1000x669_1572178208.jpg


Şagirdlərin elektron yerdəyişməsi prosesi ilə bağlı sorğuların qəbulu oktyabrın 21-dən davam etdirilir.


Sentyabrın 15-dək yerdəyişmə ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

Hazırda valideynləri maraqlandıran əsas məqam isə övladının elektron yerdəyşməsi üçün hansı sənədlərin tələb edilməsidir:

Azərbaycan vətəndaşları üçün sistemdə qeydiyyat şəxsiyyəti təsdiq edən sənədin FİN kodu, xarici ölkə vətəndaşları üçün isə miqrasiya sənədinin seriya nömrəsi əsasında aparılır. Qeydiyyat mobil telefona göndərilən SMS vasitəsilə təsdiq olunur. Uşaqla bağlı məlumatların sistemə əlavə edilməsi üçün Şəxsiyyət vəsiqəsinin FİN kodu və ya UTİS, yəniÜmumi Təhsil İnformasiya Sistemində şagirdə məxsus unikal kod tələb olunur.

Qeyd edək ki, cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Femida.az

Açar sözlər: #şagird  

Oxunub: 1222