Mədinədə İslam peyğəmbəri üçün muzey tikiləcək


17:04     27 Oktyabr 2019 19_10_27_1572178484.jpg


Müsəlman Dünyası Birliyinin (MWL) baş katibi və Beynəlxalq Müsəlman Alimlər Təşkilatının sədri, professor Məhəmməd bin Əbdülkərim əl-İsa bəyan edib ki, İslam peyğəmbərinin həyatı və İslam sivilizasiyası ilə bağlı muzeyin inşası üçün torpaq sahəsinin ayrılması barədə razılaşma əldə olunub və sənədlərə imza atılıb.


Femida.az musavat.com-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət qəzeti olan "The Arab News" xəbər yayıb.

Əl-İsa deyib ki, muzey Mədinə valisi, şahzadə Faisal bin Salmanın himayəsi altında adıçəkilən şəhərdə tikiləcək. 20 min kvadratmetr ərazidə tikiləcək muzey ən müasir texnologiyalara uyğun şəkildə inşa ediləcək.

Professor əl-İsa deyib ki, Səudiyyə Ərəbistanı İslam sivilizasiyasının başladığı ölkədir. İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla, 24 ölkədən tikiləcək muzeydə yer almaq üçün müraciətlər daxil olub.

Məhəmmədin peyğəmbərlik dövrü və İslam sivilizasiyasının tarixinə aid eksponatların muzeydə yer alacağı gözlənilir. Muzeydə həm də elmi-tədqiqat mərkəzləri, qalereyalar, beynəlxalq konfrans salonları və elmi seminarların keçirilməsi üçün zallar olacaq.

Xatırladaq ki, İslam peyğəmbəri Mədinədə vəfat edib.

Femida.az

Açar sözlər: #islam  

Oxunub: 660