Əl-Bağdadi və onun 2 arvadı intihar edib


18:00     27 Oktyabr 2019 Bagdadi_AP.jpg

Onlar bellərində olan "şəhid kəməri"ni işə salıblar


"Alarabiya" CNN-ə istinadən yazır ki, İŞİD terror təşkilatının rəhbəri Əbu Bəkr Əl-Bağdadinin olümü ilə bağlı ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi qeyri-rəsmi bəyan edib ki, "ən çox arzu olunan terrorçu"nu sağ ələ keçirmək mümkün olmayıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, belinə bağladığı "şəhid kəməri"ni öz əli ilə partladıb və intihar edib. Cəsədin qalıqları hadisə yerindən götürülüb, DNT və biometrik test aparmaq məqsədi ilə Bağdada aparılıb.

"Newsweek" isə Pentaqondakı mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın keçirdiyi hərbi əməliyyat zamanı əl-Bağdadinin iki arvadı da "şəhid kəməri"ni işə salaraq özlərini partladıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 791


Oxşar xəbərlər