Zaqatalada yanğın olub


18:33     27 Oktyabr 2019 yangin%20otel%20baki.jpg

Zaqatala rayonunun Muxax kəndində yanğın baş verib.


Femida.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan köməkçi tikilinin taxta atmaları və içərisinə yığılan 1,2 ton ot bağlamasının 0,4 tonu, bitişik ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin bir otağının tavanı 6 m² sahədə yanıb.

Evin, tikilinin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Femida.az

Açar sözlər:

Oxunub: 495