Tramp Suriya ilə bağlı planlarını açıqlayıb


18:56     27 Oktyabr 2019 donald-trump-is-escalating-his-war-of-words-with-hillary-clinton.jpg

“Suriyadan çıxmaq istəmirəm, sadəcə, arada qalmağımızı istəmədim”.

Femida.az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp bildirib.

PKK terror təşkilatının Suriya qolu YPG/PYD-nin Türkiyə sərhədindən çəkilməsi barədə rəsmi Ankara barədə əldə edilmiş razılıqdan danışan D. Tramp deyib ki, Türkiyə PKK ilə mübarizədə yüzlərdə insan itirib: “Türkiyənin üç gün davam edən hərbi əməliyyatından sonra suriyalı kürdlərlə razılığa gəlmək asan oldu”.

D. Tramp Suriyanın neft yataqları olan bölgələrindən çıxmayacaqlarını da bəyan edib: “Biz Suriyada trilyon dollarlarla pul xərcləmişik. Orada böyük neft ehtiyatları var. ABŞ neft şirkətlərinin orada neft çıxarılmasına cəlb olunmasını istəyirəm. Çünki dərinlikdəki nefti çıxarmaq üçün buna ehtiyac var. Həmin neft kürdlər üçün də yararlı ola bilər. Keçmişdə İŞİD terror təşkilatı o neftdən çox istifadə edib. Biz o yataqları İŞİD-dən də qorumalıyıq”.

D. Tramp İraqın neft ehtiyatlarına yiyələnməmiş keçmiş ABŞ administrasiyasını da tənqid edib.


Femida.az

Açar sözlər:

Oxunub: 503