" Bağdadinin öldürülməsi terrorizmlə mübarizədə dönüş nöqtəsidir " - Ərdoğan


21:58     27 Oktyabr 2019 erdogan3_0_0.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.

Femida.az xəbər verir ki, bu barədə Ərdoğan "Twitter" hesabında paylaşım edib.

"Bağdadinin öldürülməsi terrorizmlə mübarizədə dönüş nöqtəsidir. Bunu məmnuniyyətlə dəstəkləyirik" - deyə Ərdoğan yazıb.

Qeyd edək ki, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi dünən gecə saatlarında ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı zərərsizləşdirilib.


Femida.az

Açar sözlər:

Oxunub: 165