Mikayıl Cabbarov yeni kollektivə təqdim olunub - İqtisadiyyat naziri kimi
12:35 28 Oktyabr 2019
Bu gün Azərbaycanın yeni İqtisadiyyat naziri Mikayıl Cabbarovun kollektivə təqdimetmə mərasimi keçirilib.
Femida.az xəbər verir ki, onu İqtisadiyyat Nazirliyinin işçilərinə Baş Nazir Əli Əsədov təqdim edib.
Xatırladaq ki, oktyabrın 23-də Prezident İlham Əliyev M.Cabbarovun Vergilər naziri vəzifəsindən azad edilməsi və İqtisadiyyat naziri təyin edilməsi barədə sərəncamlar imzalayıb. Həmin gün dövlət başçısı həmçinin "İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" fərman imzalayıb. Fərmanla Vergilər Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidməti statusunda İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib, qurumun yeni strukturu təsdiqlənib.
Xatırladaq ki, M.Cabbarov 1976-cı ildə Bakıda anadan olub. O, Bakı Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1997-1998-ci illərdə ABŞ-ın Kaliforniya ştatının Sakramento şəhərindəki Pasifik Universitetinin Makcorc Hüquq məktəbində hüquq üzrə magistr dərəcəsi alıb, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Yeni İqtisadiyyat naziri 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb, 2003-2004-cü illərdə nazirlik yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edib, 2004-cü ildə isə naziri müavini vəzifəsinə təyin edilib.
M.Cabbarov 2009-cu ildə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsinə, 2013-cü ildə təhsil naziri, 2017-ci ildə isə Vergilər naziri vəzifəsinə təyinat alıb. Ölkə prezidentinin sərəncamı isə ona 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.
Evlidir, 2 övladı var.
Femida.az
Oxunub: 829
Oxşar xəbərlər
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib
- Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
- Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daim hazır olmağı əmr edib
- Müdafiə Nazirliyi ermənilərdən azad olunan yüksəkliklərin adını açıqlayıb
- Elm və təhsil naziri: "İnstitutlarda çalışan alimlərin ixtisarından söhbət getmir"
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Prezident İlham Əliyevin Bolqarıstanın Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazir: "İlin sonunadək elektron xidmətlərin növlərinin sayı 150-yə çatdırılacaq"