Müdafiə Nazirləri Bakıda toplaşır - Şoyqu da gələcək


12:44     28 Oktyabr 2019 2019/10/422e8fdf-f093-4b08-908d-88be152ff420_1572252400.jpg


Oktyabrın 30-da Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclası keçiriləcək.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu, Belarus Respublikasının Müdafiə naziri general-leytenant Andrey Ravkov, Qazaxıstan Respublikasının Müdafiə naziri general-mayor Nurlan Yermekbayev, Özbəkistan Respublikasının Müdafiə naziri general-mayor Bahodir Kurbanov, Tacikistan Respublikasının Müdafiə naziri general-polkovnik Mirzo Şerali və Qırğızıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Rayimberdi Duyşenbiyev iştirak edəcəklər.

İclasda cari hərbi əməkdaşlıq və qarşıda duran məsələlər müzakirə olunacaq.

Femida.az

Açar sözlər: #müdafiə   #nazir   #Şoyqu   #MDB  

Oxunub: 526